İçeriğe geçmek için "Enter"a basın

Heydər Əliyev jurnalistlərlə alça yeyib, mahnı oxuyarkən

12-12-2015

15:55 xeber – O dünya siyasətçisi, əvəzolunmaz lider olmaqla yanaşı, həm də gözəl insan idi… Azərbaycan tarixində əvəzsiz rol oynayan görkəmli dövlət xadim Ulu öndər Heydər Əliyevşəxsiyyətinin dahiliyi təkcə onun siyasi xadim olmağı ilə bitmir.

Bu gün ölümündən 12 il ötən Heydər Əliyev böyüklərə qarşı nə qədər sərt və tələbkar olsa da, uşaqlara qarşı son dərəcə nəzakətli və mərhəmətli idi. O uşaqları hədsiz sevir və hər birinə öz balası kimi yanaşırdı. Uşaqların təhsilinə, onların savadına və cəmiyyət üçün yararalı olmağına çalışırdı.

Dahi şəxsiyyət işindən əlavə vaxtlarını isə ailəsinə və nəvələrinə ayırırdı. Nə qədər ciddi olsa da gülməyi də bacarırdı. Ulu öndəri ən çox güldürən isə “Bakılı oğlanlar” ın şən zarafatları olmuşdu.

Heydər Əliyevin jurnalistlərə böyük hörməti var idi. Onları mehribanlıqla qarşılayar və ona ünvanlandırılan bütün sualları cavablandırmağa çalışardı. Hətta gərgin müsahibələri zamanı yorğunluğunu çıxartmağı da unutmurdu.

Əvəzolinmaz insan həm də çox sadə idi. Ürəyi istəyəndə pionina çalır və hətta mahnı da ifa edirdi.

Qeyd edək ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub.

mənbə :
anspress

Heyder Əliyev jurnalistlerle alça yeyib, mahnı oxuyarken