10.12.2015 / 13:34 xeber –
ABŞ-ın xarici kəşfiyyat idarəsi CIA Misirdə Rusiya təyyarəsinin partladılması ilə əlaqəsi olan 3 fələstinlinin Türkiyədə də terror hazırlığında olduğunu açıqlayıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, CIA İŞİD üzvü olan bir canlı bombanın və 3 fələstinli terrorçunun Türkiyədəki rus turistlərə qarşı terakt hazırladığı barədə məlumatları qardaş ölkənin kəşfiyyat idarəsi ilə paylaşıb.
Mumtaz Məhəmməd Jamas Dağmaş, Ayman Əhməd Abdullah Nofəl və Rafət Abbas adlı 3 fələstinlinin hazırladığı teraktla bağlı planları da Türkiyəli rəsmilərə verilib.
mənbə :
lent.az