20:45 xeber – Milan “İnter”inin futbolçusu Mauro İkardi silahlı soyğuna məruz qalıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, iki silahlı şəхs argentinalı futbolçunu soyub.
Gecə yarısı Milanın mərkəzində maşınını saхlayan futbolçuya motosikletlə yaхınlaşan şəxslər hücüm edib. Üzləri bağlı olan soyğunçular ondan pullarını tələb edib. Polisə ifadə verən İkardi bildirib ki, pulları verməkdən imtina edib. Bu zaman soyğunçular onun “Hublot” markalı saatını alaraq qaçıb. Faktla bağlı polis araşdırma aparır.
Mauro İkardi
“İnter”in hücumçusunun mövsümün sonunda Madrid “Real”ına keçəcəyi gözlənilir. İspaniya mətbuatı onun bu məqsədlə bir neçə dəfə Madrid klubu ilə danışıqlar apardığını yazıb. İkardi keçən mövsüm Milan təmsilçisinin heyətində 46 oyun keçirərək 24 qol vurub.
mənbə :
anspress