09.12.2015 / 11:49 xeber –
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, hazırda respublikanın avtomobil yollarında nəqliyyatın hərəkətində hər hansı problem yoxdur.
O, bildirib ki, havaların yağmurlu keçməsi ilə əlaqədar olaraq yollarda hərəkət edən zaman sürücülər diqqətli olmalıdırlar: “Yağıntılı hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələri arasında ara məsafələrinə diqqət etmək lazımdır”.
mənbə :
lent.az