[r32]
xeber –
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
“Report”un məlumatına görə, 70 kq-da yer alan Zirəddin Bayramov finala gedən yolda Gürcüstan təmsilçisi Zurabi Yakobişvili ilə qarşılaşıb.
Rəqibinə 3:4 hesabı ilə uduzan Büyramov bürünc medal uğrunda mübarizə aparacaq.
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.
“Report”un məlumatına görə, 65 kq-da çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.
Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu qızıl medal uğrunda qarşılaşmada macarıstanlı İsmail Musukayevi sınağa çəkəcək.
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
“Report”un məlumatına görə, 57 kq çəki dərəcəsində rəqib gürcüstanlı Beka Bujiaşvili olub.
1 dəqiqə 15 saniyə ərzində tam üstünlüklə (10:0) qələbə qazanan Rzazadə adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.
mənbə :
Report.az