[r32]
xeber –
Bakıda qohumlar dəm qazından zəhərlənib.
Bakıda zəhərlənmə hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Həsənova Aliyə Təmkin qızı və 1981-ci il təvəllüdlü İsgəndərova Sona Vahid qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az