İçeriğe geçmek için "Enter"a basın

Rusiyada daha bir azərbaycanlı tutuldu

01-12-2015

20:35 xeber – Tatarıstanda sərhəd yoxlanışı zamanı saxta pasport təqdim edən Azərbaycan vətəndaşı saxlanılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, hadisə Kazan hava limanında baş verib.

Belə ki, sərhəd xidməti əməkdaşları “Kazan-Bakı” reysi ilə uçan təyyarənin sərnişini olan Azərbaycan vətəndaşından sərhəd nəzarətinin keçirilməsi üçün sənədlərini təqdim etməsini istəyiblər. Azərbaycan vətəndaşı isə gömrük əməkdaşlarına saxta sənəd təqdim edib.

Sərhədçilər isə sənədin saxta olduğunu müəyyənləşdiriblər. Müəyyən edilib ki, sənəddə sahibinin şəxsi məlumatları əks etdirən səhifələri dəyişdirilib.

Sənədləri saxta olan həmyerlimiz təyyarəyə buraxılmayıb.

Məsələ araşdırılır.

mənbə :
anspress

Rusiyada daha bir azerbaycanlı tutuldu