01.12.2015 / 11:06 xeber –
Prodüser Tolik (Tarix Əliyev) xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibini barışdırmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində qonaq olan prodüser deyib ki, Aygünlə Natavan barışsa, birgə konsertlərini təşkil edəcək: “Bu gün radioda Aygün Kazımovanın elə bir mahnısı gedə bilər ki, onu Natavan da oxumaq istəyər. Vaxtı ilə Aygünlə Natavan duet də oxuyub. Aygün Kazımova tərəfində olan bəzi jurnalistlər özlərindən Natavana yalandan vikipedya açırdılar, yalan məlumatlar yerləşdirirdilər. Mən də o məlumatlara baxırdım ki, pis şeylər yazılıb, inanırdım. Sonradan bildim ki, vikipedyanı hamı aça bilər. Amma belə şeylər etmək düzgün deyil. Arzumdur ki, Aygünlə Natavan barışsın. Barışandan sonra hər ikisinin birgə konsertini təşkil etmək istəyirəm. Bu konsert olsa, gözəl ajiotaj yaranar. Amma çoxları deyir ki, bu barışıq sənin nəyinə lazımdır? Başını ağrıtma. Amma rahat həyat yaşamaq gözəldir. Mən demirəm ki, barışandan sonra bir-birlərinin evlərinə gedib-gəlsinlər. Ehtiyac yoxdur. Bir-birlərinin evlərinə gedib-gələn müğənnilərin axırın görürəm də”.
Xatırladaq ki, A.Kazımova ilə N.Həbibi 9 ildir ki, küsülüdür.
Qeyd edək ki, Tolikdən öncə aparıcı Elgiz Əkbər də Aygünlə Natavanı barışdırmaq istədiyini ötən ay demişdi. O bildirmişdi ki, iki küsülü olan bu müğənnilər barışsa, aş dəmləyəcək: “Aygün xanım xalq artistidir, sevilən müğənnidir. Natavanın da gözəl mahnıları, klipləri var. Gözəl oxuyur. Bunların mehriban olmasını, dostluq etməsini arzulayıram. Hətta mən onları verilişimə dəvət edib, burada barışdırmaq istəyərdim. Hətta burada aş da dəmləyərdik”
mənbə :
lent.az
Heeee bax, bu coooooxxxxx vacib bir meseledi!
Cunki Qarabagimizin qaytarilmasinda cenab Ali bas cemodanin bunlara cox ehtiyaci var!
Karoce bunlar olmasa olmaz arkadasss!!!