30.11.2015 / 13:45 xeber –
Şənbə və bazar günü respublika yollarında baş vermiş yol qəzaları 7 nəfərin həyatına son qoyub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 28-də ölkə yollarında 5 yol qəzası baş verib və nəticədə 3 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb. Bazar günü isə 9 hadisə baş verib ki, nəticədə 4 nəfər həyatını itirib və 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər bir faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az