İçeriğe geçmek için "Enter"a basın

Bakıda dəhşət: tələbə qız özünü binanın damından atdı - YENİLƏNİB

26-11-2015


26.11.2015 / 12:07 xeber –
Azərbaycan Tibb Universitetinin tələbəsi özünü binadan ataraq intihar edib.

11:51

Universitetin mətbuat xidmətindən Gün.Az-a məlumat verilib ki, 1993-cü il təvəllüdlü Həsənzadə Türkan Eldar qızı 2010-cu ildə universitetə daxil olub:

“O, əslində 2014-2015-ci ildə ATU-dan məzun olmalı idi. Lakin, 5 akademik borcu qaldığı üçün universiteti hələ də bitirə bilməmişdi”.

Universitetdən bildirilib ki, stomatologiya fakültəsinin terapevtik stomatologiya ixtisası üzrə təhsil alan T.Həsənzadə aktiv olmayan tələbə sırasında olub və tələbə yoldaşlarının dediyinə görə, özünə qapanıbmış.

Həmçinin, o da bildirilib ki, mərhum əslən Şəki şəhərindən olub.

10:51

Azadliq.az lent.az-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında gənc qız Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanındakı çoxmərtəbəli binanın damından özünü atıb.

O, hadisə yerindəcə keçinib. İlkin araşdırmalardan sonra intihar edən qızın 1993-cü il təvəllüdlü Həsənzadə Türkan Eldar qızı olduğu müəyyən edilib.

İntihar edən qız Tibb Universitetinin tələbəsi olub.

Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alırmış

Bakıda özünü binanın damından ataraq intihar edən tələbə qızla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Tibb Universitetinin Stomatologiya fakültəsinin 5-ci kurs tələbəsi olan 22 yaşlı Türkan Həsənzadə bir müddət imiş ki, iş axtarırmış. O, iş axtarma bürolarına stomatoloq köməkçisi vəzifəsinə vakansiya ilə bağlı dəfələrlə müraciət edib və 300-350 manatlıq işlə təmin olunmasını xahiş edib.

 

Bundan əvvəl isə o, özəl klinikalardan birində il yarım stomatoloq köməkçisi işləyib.

 

Bildirilir ki, T.Həsənzadə Şəki rayonunda anadan olub. Qara Qarayev prospektindəki binanın damına çıxaraq özünü atan tələbə qızın gödəkcəsi elə binanın damından tapılıb. Lakin intiharın səbəbini açıqlaya biləcək hər hansı açıqca və ya məktub aşkarlanmayıb.

 

Faktlıa bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

 

 

*****

 

10:10

 

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, ötən gün axşam saatlarında gənc qız Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanındakı çoxmərtəbəli binanın damından özünü atıb. O, hadisə yerindəcə keçinib.

 

İlkin araşdırmalardan sonra intihar edən qızın 1993-cü il təvəllüdlü Həsənzadə Türkan Eldar qızı olduğu müəyyən edilib. Məlum olub ki, o, Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbəsi olub.

 

Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.

 

mənbə :
lent.az

4 Yorum

  1. araz 27/11/2015

    iranda biri bele ağılsızlıq elese diyerler ya şuşe çekmişimiş ya kirak ya ikstazi
    sizde bu teberlihler tapılmaz
    ama allah çox görmesin meşrub boldi
    ehtimalen bu qızin damarına baş vursaz 10 fayz qan olsa 90 fayz elkol ola

  2. AYLIN 28/11/2015

    Allah rehmet elesin mekani cennet olsun.

  3. AYLIN 28/11/2015

    ALLAH REHMET ELESIN MEKANI CENNET OLSUN QEBR NURLA DOLSUN

  4. Qosqar 25/12/2015

    allah bilen yaxwidi amma qiza cox yazıgim geldi wekidendi allah Rehmet elesin amma qizdarin isdeylerine destek vermek lazımdı çünki oğlan değil onlar çünki onlar kesikdiler

Yorumlar kapatıldı.

Tibb Universiteti tələbəsinin intiharı