23.11.2015 / 12:01 xeber –
Rusiya Suriyadakı hərbi əməliyyatlarda yeni nəsil "ağıllı" raket sistemlərindən istifadə edir.
APA TV-nin "Rossiya 24" telekanlına istinadən məlumatına görə, sözügedən raketlər rus kəşfiyyatı tərəfindən öncədən yeri müəyyənləşdirilən hədəfləri sərbəst şəkildə aşkarlayaraq, məhv etmək qabiliyyətinə malikdir. Həmin raketlərin TU-160 raket daşıyıcısı vasitəsilə hədəf nöqtəsinə çatdırıldığı bildirilir.
Rusiya İŞİD hədəflərini eyni zamanda digər strateji nöqtədə, Xəzər dənizində mövqe tutan "Dağıstan" raketdaşıyıcı hərbi gəmisində yerləşdirilmiş "Kalibr" raket sistemləri vasitəsilə də vurur. Əməliyyatlara Xəzər hərbi donanmasının gəmiləri də cəlb olunub.
Bu arada Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiyanın İŞİD-ə qarşı hərbi əməliyyatlarının növbəti mərhələyə keçid aldığını elan edib.
mənbə :
lent.az