20.11.2015 / 22:23 xeber –
Aktrisa Harika Avcı özündən 25 yaş kiçik həyat yoldaşı İbrahim Öztürkdən boşanmaq üçün 3-cü dəfə məhkəməyə müraciət edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa 2009-cu ildə ailə qurduğu meneceri haqda “Ərimi boşayıb, səhnələrə qayıdıram” deyib.
Xatırladaq ki, Harika daha əvvəl toyundan 2 ay sonra əri tərəfindən döyülməsi iddiası ilə boşanmaq istəmiş, lakin daha sonra barışdıqlarını bildirmişdi. Həmin hadisədən 1 ay sonra yenidən həmin iddia ilə məhkəməyə müraciət etmiş, ancaq bu dəfə də fikrindən dönmüşdü.
Bu ilin iyulunda qaldığı otel otağında özünü güllələyən H.Avcı ötən gün 3-cü dəfə məhkəməyə baş vuraraq fiziki və psixoloji zərbələr aldığı üçün İbrahim Öztürkdən boşanmaq istədiyini deyib.
mənbə :
lent.az