İçeriğe geçmek için "Enter"a basın

Vətənə böyük xəyanət

20-11-2015

20:21 xeber – Bu ilin 9 ayı ərzində ölkə ərazisində 4 mindən artıq borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov bu gün “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində qeyd edib. Vergilər Nazirliyinin saytında yayılmış məlumatdan isə görünür ki, ölkədən getməsinə məhdudiyyət tətbiq edilmiş adamların 202 nəfəri məhz vergi borcuna görə bu cür cəzalandırılıb. Nazirlik məhdudiyyətin tətbiqinə əsas kimi «İcra haqqında» qanunun 84-1.1-ci maddəsinin və Vergi Məcələsinin 23.1.16-cı maddəsinə əsaslanıldığını bildirir.

Göründüyü kimi, Vergilər Nazirliyi dövlət büdcəsinə neftdən kənar daxilolmaları artırmaq üçün əlindən gələni edir. Nazirlik əməkdaşları mütəmadi olaraq hər bir vergi ödəyicisi ilə fərdi danışıqlar apararaq onları vergi ödəməyə çağırır. Amma göründüyü kimi, sərt tədbirlərdən də qaçmaq mümkün olmur.


Əkrəm Həsənov – Mərkəzi Bankın keçmiş şöbə rəisi

Əslində bu, benyəlxalq praktikada öz təsdiqini tapmış üsullardır. Məsələn, Yaponiyanın vergi sistemində bir neçə qrup işləyir. Birinci qrup məhz vergiödəyiciləri ilə görüşərək dövlət büdcəsin pul ödəməyin bir növ patriotluq olduğunu başa salır. Hər halda, sərhədlərin keşiyini çəkən əsgər, ictimai asayişi qoruyan polis, Vətən övladlarının tərbiyəsi ilə məşğul olan müəllim məhz vergi ödəyicisinin dövlət büdcəsinə ödədiyi vəsaitin hesabına maliyyələşir. Azərbaycanda bunun üzərinə milyona yaxın pensiyaçını da gəlmək olar, çünki onların dolanışığı da məhz dövlət büdcəsindən ayrılan transfertlərdən asılıdır.

Yaponiya vergi xidmətinin ikinci qrupu iş adamları ilə görüşəorək onları vergiləri ödəməkdə, vergi borclarını hesablamaqda təlim keçirlər. Üçüncü qrup yalnız vergiləri qəbul etməklə məşğul olur, dördüncü qrup isə sanksiyalarla məşğul olar. Buna görə, Yaponiyada vətəndaşların əksəriyyəti vergi ödəməyə müqəddəs borc kimi baxır. Göründüyü kimi, artıq Azərbaycanda vətəndaşları bü istiqamətdə maarifləndirmək xətti götürüb.

Lakin bununla belə, Azərbaycan Mərkəzi Bankının ümumi qanunvericilik şöbəsinin keçmiş rəisi, iqtisadçı ekspert Əkrəm Həsənovun fikrincə, vergi ödəyicilərinə qarşı bu cür sərt tədbirin görülməsində bir qədər tələskənliyə yol verilib: «Əvvəllər vətəndaşların ölkədən getməsinə qadağanı yalnız məhkəmə yolu ilə tətbiq etmək olurdu. «İcra haqqında» qanuna dəyişikliklərdən sonra vergi borcuna görə də bu məhdudiyyəti tətbiq etmək mümkündür Amma burada bir amma var. Qanuna dəyişiklik dərc edilmədən onu tətbiq etmək düzgün deyil. Hələ ki, qanun dərc olunmayıb. Qanun dərc olunmalıdır ki, qüvvəyə minsin, həm də vətəndaşlar maariflənsin»,- deyə Əkrəm Həsənov ANS PRESS-ə bildirib.

İqtisadçı ekspert ölkədə müəyyən peşə sahiblərinin vergiyə cəlb edilməsi ilə bağlı Vergilər Nazirliyinə həvalə edilmiş məsuliyyətə də toxunub: «Elə peşələr var ki, vergi müfəttişləri vətəndaşın gəlirini hesablamaq iqtidarında deyil. Məsələn, götürək repetitorları. Vergi müfəttişi repetitorun nə qədər qazandığını, hansı evə gedib şagirdlərə dərs verdiyini necə müəyyən etsin? Belə peşələri ümumiyyətlə vergidən azad etmək lazımdır».

Oxşar mənzərə bu günlərdə Türkiyənin Qaziantep vilayətinin kəndlərindən birində yaşanıb. Kəndə düşən meteoritin qırıntıları birdən birə turistlərin marağını çəkib, kənd skinləri qırıntıları sataraq əməlli-başlı pul qazanıb. Bəziləri hətta maşın alıb. Bu, vergi xidmətinin diqqətini cəlb edib və kəndə gələrək vergi tələb ediblər. Amma kənd camaatının vergini hansı sənəd əsasında ödəyəcəyi məsələsi gündəmə gəlib və heç bir əsas tapa bilməyiblər. Buna görə də vergi işçiləri kəndi tərk etməli olublar.

Əkrəm Həsənov bununla belə Vergilər Nazirliyinə vergi dərinliyi dəfələrlə artırmağa verən qanunları işə salmağı təklif edir:«Gəlir bəyannamələri haqqında qanunun tətbiqi işə salınmalıdır ki, vergi əməkdaşları vətəndaşdan etdiyi satınalmaların mənbəyini soruşa bilsin. Onda vətəndaş da məcbur olub gəlirlərini leqallaşdıracaq».

İqtisadçı ekspertin vurğuladığı bu məsələ gec-tez həl edilməlidir. Azərbaycan büdcəsinin hələ də yarıdan çoxu Dövlət Neft Fondundan birbaşa transfertlər əsasında formalaşır. Büdcədə neft bölməsinin payı isə 70 faiz ətrafında dəyişir. Neftdən kənar bölmədən daxilolmaları artırmaq üçün vətəndaşların xərclərinə və əmlaklarına uyğun vergi ödəməsi çox vacibdir. Bu isə yalnız gəlir bəyannamələrinin təqdimatı ilə mümkündür.

Bankların qara günü başlayır

mənbə :
anspress

Vetene böyük xeyanet