İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda komandirin işdən qovulmasına reaksiya

20-11-2015

11:22 xeber – Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin komandirinin işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, növbəti dəfə bəzi kütləvi informasiya vasitələrində dəqiqləşdirmə aparılmadan guya Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifədən azad edilməsi barədə əsassız və şaiyə səviyyəsində məlumat yayılıb.

“Konkret olaraq bildiririk ki, polkovnik-leytenant S.Hüseynovun xidmətində aparılan araşdırma nəticəsində cinayət əməli olmayan müəyyən çatışmazlıqlar aşkar edilib. O, xidməti zərurətlə əlaqədar bir hərbi hissədən digər hərbi hissəyə daha az həcmli iş olan bərabər vəzifəyə təyin edilib”.

Nazirlriyin məlumatında qeyd edilir ki, şübhə doğuran və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan məqam yaxın qohumların eyni qurumda çalışması məsələsidir.

“Bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində yaxın qohumların təsnifi verilmişdir (maddə 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar).

Bu səbəbdən də ucuz sensasiya xatirinə dərc edilən məqalədə “yaxın qohumluq” anlayışı məsələsi təhrif edilməklə, onu sifariş verənlərin şəxsi və qərəzli mövqeyi aydın görünür.

Ötən gün bəzi mətbu orqanlarda müdafiə naziri Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynov tutduğu vəzifədən azad etməsi haqqında əmr verməsi barədə xəbərlər yayılmışdı. Buna səbəb kimi isə onun vəzifəsindən sui-istifadə etməsi, dövlət əmlakını mənimsəməsi, eləcə də korrupsiya əməlləri törətməsi göstərilib. İddiaya görə, müəyyən edilib ki, o, sovet dövründən qalan texnikaların bir hissəsini, eləcə də onların hissələrini qanunsuz olaraq satmaqla böyük məbləğdə qazanc əldə edib. Bundan başqa, hərbi hissəyə aid olan külli miqdarda metal qırıntılarını qeyri-qanuni yolla aradan çıxarıb.


Müdafiə naziri Zakir Həsənov

mənbə :
anspress

Azerbaycanda komandirin işden qovulmasına reaksiya