19:20 xeber – “Barselona” klubunun futbolçusu Cerard Pike və onun sevgilisi kolumbiyalı müğənni Şakira şantaj olunur.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, təhdid edən şəxs onların intim videolarını internetdə yayacağını deyib. Bildirilir ki, naməlum şəxs məşhur cütlükdən kulli miqdarda pul qoparmaq istəyir. Bu məlumat barədə futbolçu ilə müğənni hələ ki şərh verməyib.
Pike ilə Şakira rəsmən evli deyillər. Ulduz cütlüyün Milan (2013) və Saşa (2015) adlı oğulları var. Onlar 2010-ci ildən görüşməyə başlayıblar. Cütlük 2010-ci ildə futbol üzrə dünya çempionatında tanış olublar. Turnirin rəsmi “Waka Waka” adlı mahnısının çəkilişləri zamanı onların münasibətləri başlayıb.
Şakira – Waka Waka
Şakira ailəsinin fotosunu “İnstaqram”da paylaşıb
Oxşar hadisə “Barselona” klubunun əzəli rəqibi “Real Madrid”də baş verib. “Kral” klubunun və Fransa yığmasının hücumçusu Kərim Benzema komanda yoldaşını təhdid edib. O, “Lion” klubunun yarımmüdafiəçisi Matye Valbuenanı şantaj edib. Benzema Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilib. Ulduz futbolçu polis şöbəsində dindirilib.
Həmçinin oxuyun: Müsəlman ulduz həbs olundu (FOTO)
mənbə :
anspress