İçeriğe geçmek için "Enter"a basın

Cənubi Azərbaycandakı etiraz dalğası Türkiyəyə çatdı

15-11-2015

12:24 xeber – Türkiyədə İranda azərbaycanlıları aşağılayan televiziya proqramına qarşı etiraz aksiyası keçirilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İstanbul şəhərində İranın bu ölkədəki səfirliyi qarşısında baş tutan aksiyaya yüzlərlə şəxs qatılıb. Fəallar Azərbaycan və Türkiyə bayraqları ilə İrana qarşı şüarlar səsləndiriblər.

Oxşar aksiyalar, eyni zamanda, paytaxt Ankarada da baş tutub. Fəallar Azərbaycan və Türkiyə naminə şüarlar səsləndirib, birlik nümayiş etdiriblər.


İstanbulda İran səfirliyi qarşısında etiraz aksiyası

Ötən həftə İranın “Kanal 2” (İRİB) telekanalında uşaqlar üçün göstərilən sənədli filmdə cənubi Azərbaycandan olan bir nəfərin dişlərini tualet fırçası ilə fırçaladığı və buna görə onun ağzından pis iy gəldiyi nümayiş olunub. İranın bu təhqiri səbr kasamızı daşıran sonuncu damcı olub. Cənubi Azərbaycanda 50 milyona yaxın türk yaşamaqdadır. Burada yaşayan soydaşlarımızı təzyiqlərə məruz qalırlar.

Verilişdə səsləndirilən bu fikirlər İranda yaşayan azərbaycanlıların etirazına səbəb olub və küçələrə axışıblar. Etiraz aksiyaları Güney Azərbaycanın Təbriz, Urmiyyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Haray, haray, mən Türkəm”,”Ölüm olsun rasizmə”, kimi şüarlar altında keçirilib.


İran xəritədə

Həmçinin oxuyun: İranda Azərbaycan dilinə təhqir

mənbə :
anspress

Cenubi Azerbaycandakı etiraz dalğası Türkiyeye çatdı