İçeriğe geçmek için "Enter"a basın

Fransanı qana bulayan bilindi - FOTO

14-11-2015

14:48 xeber – Fransanı qana bulayan, dünyanı şoka salan terror hadisəsisini törədən İŞİD terror təşkilatı olub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu Fransa prezidenti Fransua Olland deyib.

Olland açıqlamasında Parisin müxtəlif yerlərində bu gücə baş verən terror hadisələrində 128 nəfərin öldüyünü deyib. Daha öncə “CNN International” isə ölü sayının 153 olduğunu bildirmişdi.

Onun sözlərinə görə, Paris basqınlarının planı və təşkilatçılığı ölkədən kənarda edilib. Lakin Fransadan bu terrora dəstək verilib.

Fransa prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edildiyini də açıqlayıb.


Terror aktından sonra dünyanın bir çox dövlətlərinin liderləri Fransaya dəstək mesajları ilə çıxış etdilər. Azərbaycan prezident İlham Əliyev Fransa xalqına baş sağlığı verərək terroru qınadığını deyib.

“Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik”.

ABŞ prezidenti Barak Obama baş verənləri Fransa xalqı qorxutmaq üçün bir addım olduğunu bəyan edib . Obama terrorçuların ədalət qarşısında cavab verməsi üçün dünya ölkələri ilə birlikdə var gücümüzlə çalışacaqlarını açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin də baş verən hadisələrdən kədərləndiyini, bu hadisəni törədənlərin cəzalandırılması üçün hər cür köməyə hazır olduğunu bildirib. Almaniya kansleri Angela Merkel ürəyim partlayışlarda həyatını itirən şəxslərin ailələrinin, yaxınlarının yanında olduğunu bildirib.



İngiltərənin baş naziri David Kameron, İtaliyanın baş naziri Matteo Renzi, Kanadanın baş naziri Castin Trudeau da ölkələrinin baş verən hadisələrdən sonra fransız xalqının yanında olduğunu bildirib: “Bu dəfə Avropa qəlbindən vuruldu və barbarlara qarşı cavabını çox sərt şəkildə verəcək”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən hadisələrin sözün bitdiyi yer adlandırıb.

Fransua Ollanda həmçinin Çin prezidenti Şi Cinpinq və digər dövlətlərin prezidentləri terroru qınadıqlarını və hər zaman köməyə hazır olduqlarını bildirib.

Dünya Parisdə baş verən terror faciəsini müzakirə etdiyi bir vaxtda hücumun görüntüləri ortaya çıxıb. Görüntülər ən çox itkinin olduğu “Bataclan” konsert salonundandır. 100-dən çox adamın öldürüldüyü konsert salonunda baş verənləri orada yaralanan jurnalist Daniel Psenny çəkib. Video Le Monde qəzeti tərəfindən yayımlanıb.

“Bataclan” konsert zalında terrorun baş verdiy an

Terror hadisələri ilə bağlı Fransada fövqəladə vəziyyət elan edilib, sərhədlər bağlanılıb və əhaliyə ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaq tapşırılıb.

Həmçinin oxuyun: Fransada terror nəticəsində ölənlərin sayı çoxaldı (YENİLƏNİB)

“Bataclan”dan dəhşətli mesaj: hamını kəsirlər

Terrorçular Parisdə baş kəsdilər

Girov böhranı bitdi: 118 ölü var

Olland G20-dən imtina etdi (FOTO, VİDEO)

Parisdə ölənlərin sayı 150-ni ötdü (FOTO, VİDEO)

İlham Əliyev başsağlığı verdi

mənbə :
anspress

Fransanı qana bulayan bilindi – FOTO