14.11.2015 / 14:05 xeber –
Prezident İlham Əliyev bununla əlaqədar sərəncam verib
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov vəzifəsindən azad olunub.
Bu barədə APA mənbələrinə istinadən xəbər verir.
Qeyd edək ki, dünən də milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad edilib. Bir müddət öncə isə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.
Bir müddət öncə general-leytenant Mədət Quliyev isə milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.
mənbə :
lent.az