13.11.2015 / 21:54 xeber –
Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1985-ci il təvəllüdlü Məhərrəmov Toğrul Məhərrəm oğlu sol budun yuxarı arxa nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Özünün bildirdiyinə görə, bir-neçə adamın mübahisəsi zamanı ona kimin tərəfindən bıçaq xəsarəti yetirildiyini görə bilməyib.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
mənbə :
lent.az