İçeriğe geçmek için "Enter"a basın

İranda azərbaycnlılar tələb irəli sürdülər (FOTO, VİDEO)

13-11-2015

20:37 xeber – İranda azərbaycanlıların mitinqi bu gün də davam edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, etiraz mitinqlərdən biri Qum şəhərində baş tutub. Azərbaycanlılar İran konstitusiyanın 15-ci maddəsini əsas tutaraq “Azərbaycan dili rəsmi dil olsun” yazılan plakatlar açıblar.

Həmçinin etirazçılar Azərbaycan dilində mədrəsələrin açılmasını tələb ediblər. Mitinqdə ən çox “haray-haray mən türkəm” və “Hüseyn Hüseyn şüarımız, türk olmaq iftixarımız” şuarları səsləndirilib.



Qum şəhərində keçirilən etiraz aksiyası

Məlumata görə, Birlik Meydanında təşkil edilən mitinq təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə sona çatıb. Polis etirazı dağıtmaq üçün müdaxilə etsə də saxlanılan olmayıb.

Qum şəhərində bu gün baş tutan etiraz aksiyası

İranın dövlət televiziyasında yayımlanan “Fitile” adlı proqramda ölkədə yaşayan azərbaycanlıların təhqir edilməsindən sonra demək olar ki, hər gün ölkənin müxətlif şəhərlərində mitinqlər təşkil edilir. Məlumata görə, artıq bir neçə nəfər polislə toqquşmada həbs edilib. Mitinqlər əsasən Təbriz, Zəncan, Marağa, Ərdəbil Qum və digər böyük şəhərlərdə təşkil edilib.

Sözügedən verilişdə bildirilmişdi ki, azərbaycanlı uşağın ağzından pis iy gəlir, onsuzda onlar diş fırçası ilə tualet fırçasını bir-birindən ayıra bilmirlər. Verilişdə səsləndirilən bu fikirlər İranda yaşayan azərbaycanlıların etirazına səbəb olub və küçələrə axışıblar.


Bu gün mitinqin baş tutduğu Qum şəhəri

Azərbaycanlıları təhqir edən veriliş isə İran Radio və Televiziya Qurumunun qərarı ilə bağlanıb.

Qurumun rəhbəri Məhəmməd Serafraz bu hadisəyə görə üzr istəyib. “Proqramdakı təhqirə görə İranda yaşayan azərbaycanlılardan üzr istəyirəm. İranda azərbaycanlıları ayağa qaldıran veriliş bağlanıb və məsul şəxslərin cəzalandırılması işləri başlayıb”.


Təbrizdəki etiraz aksiyası

Bundan başqa “Fitile” komediya proqramı işçilərinin işinə son verildiyini, “Kanal 2″nin rəhbər şəxslərindən olan 3 nəfərin də vəzifəsindən uzaqlaşdırldığı bildirilir. Adıçəkilən proqramın aktyorları Məhəmməd Muslimi, Əli Furuten və Hamid Güli də açıqlama yayaraq azərbaycanlıları təhqir etmək niyyətində olmadıqlarını deyib, azərbaycanlılardan üzr istəyiblər.

İranda azərbaycanlıları ayağa qaldıran veriliş bağlandı

Bakıdan İrandakı azərbaycanlılara dəstək (FOTO)

İranda azərbaycanlılar ayağa qalxdı (VİDEO, FOTO)

mənbə :
anspress

İranda azerbaycnlılar teleb ireli sürdüler (FOTO, VİDEO)