11.11.2015 / 22:58 xeber –
AVRO-2016-nın rəsmi topu təqdim olunub.
Apasport.az saytının məlumatına görə, “Adidas” firmasının istehsalı olan “dəri kürə” bu gün ilk dəfə ictimaiyyət arasında nümayişə çıxardılıb.
“Beau Jeu” (Gözəl oyun) adlandırılan topdan ilk dəfə qitə birinciliyində istifadə olunacaq.
Qeyd edək ki, Avropa Çempionatı gələn il iyunun 10-dan iyulun 10-a kimi Fransada baş tutacaq və turnirin tarixində ilk dəfə bu yarışda 24 komanda iştirak edəcək.
mənbə :
lent.az