İçeriğe geçmek için "Enter"a basın

Bakıda sarsıdıcı olay: 9 yaşlı qız intihar etdi

11-11-2015


11.11.2015 / 19:40 xeber –

O, özünü uşaq otağındakı kondisionerin naqilindən asıb

Bakıda azyaşlı intihar edib. Lent.az-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından ANS PRESS-ə məlumat verilib. Məlumatda deyilir ki, 2006-cı il təvəllüdlü Pərixanım Böyükağa qızı Məmmədova özünü yaşadığı Səbail rayonu, Badamdar Qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən evinin uşaq otağındakı kondisionerin naqilindən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.

 

9 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

mənbə :
lent.az

Bakıda sarsıdıcı olay: 9 yaşlı qız intihar etdi