İçeriğe geçmek için "Enter"a basın

Putindən Qafqazla bağlı sərəncam

11-11-2015

14:40 xeber – Vladimir Putin Rusiya və Ermənistan vahid Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması barədə sərəncam imzalayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in xarici mətbuata istinadla məlumatına görə, yeni sənəd Qafqaz regionunda hava hücumundan müdafiə sisteminin yaradılması barədə Ermənistanla razılaşmanın imzalanmasını nəzərdə tutur. Rusiyanın Nazirlər Kabineti ölkə prezidenti Vladimir Putinə Ermənistan ərazisində regional Hava Hücumudan Müdafiə sistemi yerləşdirməyi təklif etmişdi.

Nazirlər Kabinetinin qərarında deyilir ki, Qafqazda kollektiv təhlükəsizliyi təmin etmək üçün Rusiya Ermənistanda Hava Hücumudan Müdafiə sistemi yerləşdirməlidir.

Bir müddət əvvəl Rusiyanın Hava-kosmik qüvvələrin baş komandanının birinci müavini, Pavel Kuraçenko bildirmişdi ki, Rusiya Federasiyasının Qırğızıstan və Tacikistanla analoji sazişləri hazırda dövlətdaxili razılaşdırılma mərhələsindədir.


Rusiyanın havadan müdafiə sistemi

Putin hələ 2013 –cü ildə Belarus , Ermənistan, Qazaxıstan və Tacikistanın iştirakı ilə regional qoşun qruplaşmaları yaradılması məsələsinin olduğunu vurğulamışdı. Onun sözlərinə görə, ənənəvi tərəfdaşlarımız və müttəfiqlərimizlə – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı , Şanxay Əməkdaşlıq Təşkilatı və MDB ölkələri ilə qarşılıqlı fəaliyyəti genişləndirəcəyik.

Ermənistan isə sadalanan dövlətlər arasında qabağa düşərək Rusiya ilə sənədin imzalanmasına can atdı. Yəqin ki, Rusiya prezidenti Ermənistanla HHM sistemi yaradılması barədə sənəd imzalamaqla Sergey Lavrovun Ermənistan səfərinin rəsmi təfərrüatlarının bir hissəsini açmış oldu.

Rusiya XİN-nin başçısı Sergey Lavrov Ermənistana səfərində Serj Sarkesiyan hakimiyyətini xəbərdar etdi ki, biz sizinlə HHM sistemi yaratmaq barədə tədbirlər görürük. Ermənistan höküməti əlbəttə ki, bu sistemin yaradılmasına məmnuniyyətlə razıdırlar. Ermənistan müstəqilliyi bahasına olmuş olsa belə, buna məmuniyyətlə “hə” deyəcəyi real görünürdü.


Ermənistanın havadan müdafiə sistemi

Çünki Ermənistan üçün müharibə şəraitində yaşadığı Azərbaycandan qorunmağın ən asan yollarından biri Rusiyanın hərbi köməyidir. Hər halda Azərbaycan işğal altına olan Dağlıq Qarabağı azad etmək üçün müharibəyə başlasa, əlbəttə Rusiya müttəfiqini müdafiə etmək üçün Putinin imzaladığı sənədə əsaslanacaq.

Onsuz da Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmaqla müstəqilliyini məhdudlaşdırmışdı. Hazırda Ermənistan öz hava sahəsinin müdafiəsini başqa dövlətin nəzarətinə verməklə, hərbi cəhətdən aslılığını daha da artırdığını ortaya qoydu. Bu müqavilə regionda yerləşən digər dövlətlərin hava sahəsinin nəzarətdə saxlaması üçün şərait yarada bilər.

mənbə :
anspress

Putinden Qafqazla bağlı serencam