10.11.2015 / 15:46 xeber –
Prezident İlham Əliyev Fransa və Koreyananın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ölkə başçısı Fransanın Azərbaycana yeni təyin olunan səfiri Orelia Buşezin etimadnaməsini qəbul edib.
Səfir Orelia Buşez fəxri qarovul dəstəsinin qarşısından keçib.
Orelia Buşez etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə Fransa arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən prezident bu əlaqələrin bir çox sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Fransa Prezidenti Fransua Ollandın bir il ərzində iki dəfə Azərbaycana, özünün isə Fransaya səfərlərinə toxunan dövlət başçısı ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Siyasi əlaqələrmizin uğurla inkişaf etdiyini deyən İlham Əliyev parlamentlər səviyyəsində də yaxşı əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Ölkələr arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və getdikcə daha da möhkəmlənəcəyini bildirən dövlət başçısı bunu qarşılıqlı anlaşmanın və dəstəyin çox yüksək səviyyəsi kimi dəyərləndirib.
Orelia Buşez bildirib ki, o, Fransanın Azərbaycanda səfiri olmasından məmnundur və şərəf hissi keçirir. Azərbaycanın gözəl ölkə, Bakının isə ecazkar şəhər olduğunu vurğulayan fransalı diplomat paytaxtda qədim və müasir arxitekturanın uğurlu sintezinə valeh olduğunu deyib. Ölkədə iqtisadi sahədə əldə olunan nailiyyətlərin də onda dərin təəssürat yaratdığını deyən səfir Azərbaycandakı sabitliyi və dini tolerantlığı yüksək qiymətləndirərək bunun Avropa ölkələri üçün də nümunə ola biləcəyini vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həll olunması, ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, investisiya qoyuluşu, yüksək texnologiyalar, kosmik sənaye, infrastruktur, nəqliyyat, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev eləcə də, Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Kim Çanq-gyunun etimadnaməsini qəbul edib.
Səfir Kim Çanq-gyu fəxri qarovul dəstəsinin qarşısından keçib.
Kim Çanq-gyu etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
mənbə :
lent.az