10.11.2015 / 14:55 xeber –
Müğənni Niyam Salami yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, musiqisi Ruhinə, sözləri Ülviyyə Alovluya məxsus “Gəl gəl” adlı mahnını dinləyicilərin ixtiyarına verib: “Bu mahnı mənim repertuarımda yeni tərzdir. Bu günə qədər bir çox mahnılar ifa etmişəm. Amma bu üslubda mahnım yox idi. Düşünürəm ki, bu mahnı seviləcək. Artıq bu gündən “Youtube” kanalına yerləşdiriləcək və radio-dalğalarda da səslənməsi nəzərdə tutulub. Düşünürəm ki, bir müğənninin səsi, sənəti varsa, qalmaqala ehtiyacı da yoxdur. Əgər hazırkı dövrdə səsin yoxdursa, digər vasitələrə əl atacaqsan. Müğənni mahnıları ilə öyünməli və sevilməlidir”.
mənbə :
lent.az