09.11.2015 / 12:43 xeber –
Yəmənin şərqində Marib vilayətində yola qoyulan bombanın partlaması nəticəsində hökumət ordusunun 16 əsgəri ölüb.
APA-nın məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb. Bildirilir ki, partlayış zamanı daha 6 əsgər yaralanıb. Məlumata əsasən hadisədən xəsarət alan əsgərlər ordu düşərgəsində növbə çəkənlərdir. Hələlik heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.
mənbə :
lent.az