İçeriğe geçmek için "Enter"a basın

Rusiya 1941-ci illərə qayıtdı

08-11-2015

03:50 xeber – Rusiyanın paytaxtı Moskvada 1941-ci ilin 7 Noyabrında Qızıl Meydanda keçirilmiş hərbi paradın 74-cü ildönümü qeyd olunub.

Azadlıq.az xəbər verir ki, ans tv-nin Moskva bürosunun məlumatına görə, Qızıl Meydanda 1941-ci ilin 7 Noyabrında keçirilmiş əfsanəvi hərbi paradın 74-cü ildönümü münasibətilə baş tutan paradda 6 minə yaxın insan iştirak edirdi.

Qızıl Ordu forması geymiş kursant və hərbçilər Moskvanın müdafiəsi və reystaxın alınmasına həsr olunmuş epizodları canlandırdılar.

1941-ci ildə keçirilən və cəmi 25 dəqiqə davam edən hərbi parad Moskvanın Hitler Almaniyasına qarşı müdafiə qabiliyyətini nümayiş etdirmişdi. O zaman bu paradda iştirak edən bəzi birliklər elə Qızıl Meydandan birbaşa cəbhəyə yollanmışdılar.

2003-cü ildən bəri yenidən Qızıl Meydanda keçirilməsi ənənə halını alan bu paradda bu il İkinci dünya müharibəsi veteranları, Sovet İttifaqı Qəhrəmanları və Moskva hökuməti rəsmiləri iştirak edirdi.

“Mən kənd müəllimi ailəsində böyümüşəm. Atam bütün varlığı ilə Sovet İttifaqına bağlıydı. O, cəbhədə bir ayağını itirdikdən sonra da hər il 7 Noyabr paradında iştirak edirdi. Elə bir Sovet bayramı olmazdı ki, atam orda iştirak etməsin”,- deyə Rusiya Kommunist Partiyasının sədri Genadiy Züqanov bildirib.

Daha sonra Qızıl Meydanda İkinci dünya müharibəsinə aid hərbi texnika nümayiş olundu.

mənbə :
anspress

Rusiya 1941-ci illere qayıtdı