00:35 xeber – Bu gün axşam saatlarında Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qəza Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.
Şəki rayonun Böyük Dəhnə kənd sakini 23 yaşlı Azər Məmmədov “VAZ 2101” markalı avtomobillə piyada 22 yaşlı Şəki sakini Şahmar Mehdiyevi vurub. Aldığı zərbədən Şahmar Mehdiyev hadisə yerində ölüb.
Azər Məmmədov könüllü şəkildə özü polisə gedərək hadisə barədə məlumat verib. Hadisə şahidləri Şahmar Mehdiyevin yanında daha bir nəfərin olduğunu bildirərək onun ağır vəziyətdə xəstəxanaya çatdırıldığını qeyd ediblər.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
anspress