07.11.2015 / 17:33 xeber –
Bakıda qadna qarşı quldurluq törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə , sentyabrın 10-da saat 00:45 radələrində Naxçıvanski küçəsində baş verib. Nizami RPİ Cinayət Axtarış Şöbəsi və 24-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Naibə Namazovanın 300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən 1992-ci il təvəllüdlü Afiq Raqif oğlu Səmədov tutulub.
mənbə :
lent.az