İçeriğe geçmek için "Enter"a basın

“Danışır Bakı" ilə başlayan gün - ELDOST BAYRAM, KAMİL NEHRƏMLİ

06-11-2015


06.11.2015 / 21:20 xeber –

Mövzu: “Danışır Bakı” ilə başlayan gün

 

Eldost Bayram, diktor, əməkdar artist

 

“İndi radioda pafosa ehtiyac yoxdur”

“Əvvəllər quruluşun özündə də bir sərtlik var idi, senzura, bədii şuralar olsa da, onun özünün də çox gözəl xüsusiyyətləri vardı”

“Qadağa olmasa da, nizam gərək insanın  daxilində olsun”

“Texnika nə qədər inkişaf etsə də, radio dəyişilməz qalır”

“Nə qədər ki, insanın qəlbi, insanlıq və qulağı var, radio heç vaxt dəbdən düşməz”

“Azərbaycan radiosu bir məktəbdir”

“Radio yaranandan gündən korifeylərimiz bir cığır açıblar, biz də o cığırla gəlmişik”

“Aydın Qaradağlı biz diktorların mənəvi atasıdır, hamımızı diktor edən isə Ramiz Mustafayevdir”

“Televiziyadan fərqli olaraq, radioda bütün nüansları yalnız səslə çatdırmaq  lazımdır”

“Məni diksiya ilə fərqləndirilər, onu  qazanmaq üçün  isə səsin üzərində işləmək lazımdır”

“Səsimdə millilik var, mənim səsimə “təsadüfən eşidib yanından keçmək istəməyən səs deyirlər”

“Mənə çoxlu  sevgi məktubları gəlib, indiyə qədər də oxşar şeylər olur”

“Biz diktorlar  Azərbaycan dilini təbliğ edirik”

 

Kamil Nehrəmli, jurnalist

“Pafosun yaxşı cəhəti o  idi ki , artıq söz deyilmirdi”

“İndi nəzarət ancaq öz vicdanındır, o da insanın qabiliyyətini göstərir”

“Radioda geyimə ona görə fikir veririk ki, geyimimiz də danışdığımız sözlərin ahənginə uysun”

“Müasir dövrdə radionun  dinlənməsi daha üstünlük təşkil edir”

“Radio təkcə diktor və aparıcılara görə sevilmir”

“Bütün radio və televiziyalarda ana televiziya və radionun təsiri var”

“Radioda insan daha sərbəst olur, işinin öhdəsindən gələ bilirsənsə, radio televizayadan daha yaxşıdır. Əsas odur ki, öz sənətinə ürəklə yanaşasan”

“Bu gün radiolarımız  öz inkişaf yolunu tapıb, televiziyalarla rəqabət aparır”

mənbə :
lent.az

“Danışır Bakı" ile başlayan gün – ELDOST BAYRAM, KAMİL NEHRƏMLİ