19:02 xeber – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri olmuş Riçard Morninqstar Vaşinqtonda Bakı ilə Ağ Evin münasibətlərinin ciddi şəkildə korlanmasından danışıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, noyabrın 5-də Helsinki komissiyasının Azərbaycanda insan haqlarının vəziyyəti barədə dinləmələrində çıxış edən Morninqstar 2012 – 2015-ci illərə təsadüf edən səfirlik dövründən danışıb. Onun iddiasına görə, səfirlik etdiyi müddətdə demokratiya və insan haqları məsələləri Bakı və Vaşinqtonun münasibətlərini ciddi şəkildə korlayıb. O, iki ölkə arasındakı ikitərəfli münasibətlərin vəziyyətini «ümumi strateji maraqlar» olmasını baxmayaraq “arzuolunmaz” adlandırıb.
Riçard Morninqstar – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri
1990-cı illərdən Azərbaycan Riçard Morninqstarı öz dostu kimi tanıyıb. 1995-1998-ci illərdə ABŞ porezidentinin keçmiş SSRİ dövlətlərinə yardım üzrə köməkçisi işləyəndə də, 1998-1999-cü illərdə ABŞ prezidentinin və dövlət katibinin Xəzər hövzəsi üzrə xüsusi müşaviri olanda da Morninqstar Azərbaycana həmişə dost münasibət göstərmişdi. Həmin vaxt Morninqstarı Bakı-Tiflis-Ceyhan neft kəmərinin himayədarı sayırdılar. İndi isə keçmiş səfir münasiböətlərimizi “arzuolunmaz” sayır.
Beləliklə, Riçard Morninstar da sələfi Riçard Kozlariçin yolunu gedib və bir vaxt dost kimi davrandığı Azərbaycanın əleyhinə kəskin bəyanatlar səsləndirir. Riçard Kozlariç keçən ay ABŞ mətbuatında çıxış edərək Azərbaycan əleyhinə kəskin bəyanatlar səsləndirmişdi.
Nə baş verir? Niyə özlərini vaxtilə Azərbaycana dost kimi təqdim etmiş diplomatlar ABŞ-dakı erməni lobbisinə top ötürürlər?
Azərbaycanın Prezident Administrasiyasının sabiq əməkdaşı, politoloq Tofiq Abbasov bunu son illərdə Azərbaycanın müstəqil siyasət aparması ilə izah edir. “Əvvəl onlar çalışırdılar ki, keçmiş postsovet respublikası kimi Azərbaycan Rusiya asılılığından maksimum xilas ola bilsin. Buna görə də Bakının imza atdığı bütün enerci layihələrini dəstəkləyirdilər. İndi isə Azərbaycan müstəqil siyasət yürütməyə başlaması, özünə yeni tərəfdaşlar axtarması onları narahat edir”,- deyə Tofiq Abbaslı ANS PRESS-ə bildirib.
Tofiq Abbasov – Prezident Administrasiyasının sabiq əməkdaşı
Politoloqun fikrincə, bu kimi qüvvələrin şücumları ən çox Azərbaycanın Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı müqaviləsindən imtina etməsindən sonra kəskinləşib: “Bunun nəticəsidir ki, Helsinki komissiyası, “Human Rights ”, Sabina Freyzerin rəhbərlik etdiyi Antiböhran Qrupu kimi qurumlar mütəmadi olaraq Azərbaycan əleyhinə bəyanatlar səsləndirirlər. Siz Amerika mətbuatına baxın, parlament seçkiləri ərəfəsi Azərbaycan əleyhinə 10-a yaxın məqalə çap edilmişdi”.
Politoloqun fikrincə, ölkə hakimiyyəti istənilən halda heç nəyə baxmadan islahatları davam etdirməlidir: “Elə etmək lazımdır ki, bu cür qüvvələrin danışmağa sözü olmasın. İstənilən ölkədə onların 5-ci kalonu var və bu dəstə öz hesabatlarında Azərbaycanı gözdən salmağa çalışacaq”.
Əslində, Azərbaycan Morninstarın dost olduğu 1990-cı illərə nisbatən dövlət quruculuğunda və iqtisadiyyatda xeyli irəliləyib, Azərbaycan iqtisadiyyatının Rusiyadan asılılığı həddindən aşağı düşüb. İndi Qərb Azərbaycanı real qüvvə sayır və buna görə də rəsmi Bakının 5-10 il əvvəl yürütdüyü balanslı siyasət onu qane etmir. Qərb Azərbaycanı öz düşərgəsinə keçirməyə çalışır. Bu isə Rusiyanı özündən çıxara bilər və Azərbaycanı 2008-ci ildə Saakaşvilinin üzləşdiyi vəziyyətə sala bilər. Buna görə də, rəsmi Bakının morninqstarların və kozlariçlərin dediklərini heçə saymaqdan başqa yolu qalır.
Bakıdan təslim bəyanatı
mənbə :
anspress