İçeriğe geçmek için "Enter"a basın

Zorlamada təqsirləndirilən sabiq DYP əməkdaşının işi MƏHKƏMƏDƏ

06-11-2015


06.11.2015 / 18:11 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

 

Qeyd edək ki, Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

 

Səbayel Rayon Məhkəməsinin 16 yanvar, 2015-ci il tarixli qərarı ilə Fərid Azayev barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Faiq Azayev barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

 

İstintaqla müəyyən edilib ki, 2014-cü il, dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

 

Xatırladaq ki, Azayev qardaşlarının adı 3 il öncə müğənni Rəqsanə İsmayılova qardaşlar arasında yaşanan məhkəmə çəkişmələrinə görə gündəmə gəlmişdi.

 

mənbə :
lent.az

Zorlamada teqsirlendirilen sabiq DYP emekdaşının işi MƏHKƏMƏDƏ