
  06.11.2015 / 17:33 xeber – 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana işgüzar səfərə gedəcək.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya XİN məlumat yayıb.
S. Lavrovun İrəvana səfəri noyabrın 9-da baş tutacaq. Səfər çərçivəsində o, həmkarı Edvard Nalbandyanla görüşəcək. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
 mənbə : 
lent.az