22:24 xeber – Daim alıcılarını sevindirən VMF şirkəti bu gün İnşaatçılar prospekti 104 B-də yeni “RAYMOND WEIL” mağazasını saat sevərlərin üzünə açıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bugün Bakı şəhərinin İnşaatçılar prospekti 104 B ünvanında yerləşən dünyada məşhur İsveçrə saat brendi olan RAYMOND WEIL salonunun açılışı olub. Salon 2 aylıq təmir müddətindən sonra tamamilə yenilənərək RAYMOND WEIL brendinin dünya üzrə korporativ dizaynına uyğunlaşdırılaraq brendsevərlərə öz atmosferində üstün xidmət göstərməyə hazır vəziyyətə gətirilib.
Salonda həmçinin İsveçrə saatlarını təmir etmək üçün Servis Mərkəzi də tamamən yenilənərək İsveçrədən gətirilən yüksək texnologiyalı avadanlıqlarla təchiz edilib. Servis Mərkəzində İsveçrədə təlim keçmiş və məşhur sertifikatlara layiq görülmüş saatsazlar fəaliyyət göstərir.
Açılış tədbirində brendsevərlərlə bərabər, musiqi dünyasının tanınmış şəxsləri, iş adamları və eləcədə RAYMOND WEIL Şirkətinin bölgəmiz üzrə satış direktoru xanım Veera Collomb Patton da iştirak edirdi. Tədbirdə xanım Veera söz alaraq qonaqları salamlayıb və Raymond Weil Şirkəti ilə VMF Şirkəti arasındaki uğurlu əməkdaşlıq haqqında qonaqlara qısa məlumat verib.
RAYMOND WEIL Şirkəti 1976-cı ildə İsveçrənin Cenevrə şəhərində Raymond Weil tərəfindən qurulub. Hazırda brend Raymond Weilin nəvəsi Elie Bernheim tərəfindən idarə olunur. Heç bir saat konserninə daxil olmayan lüks saat brendi olan Raymond Weil, İsveçrə saat sənayesində son qurulan müstəqil saat şirkətlərindən biridir. Raymond Weil musiqiyə bağlı bir insan olduğundan istehsal etdiyi saat kolleksiyalarının adlarını hər zaman musiqi ilə əlaqələndirib.
Buna nümunə kimi; Maestro, Freelancer, Nabucco, Tango,Toccata və.s.kolleksiyalarını göstərmək olar. Hər il yeniliklərlə öz pərəstişkarlarını sevindirən brend 2015-ci ildə dünya saat sənayesində bir yenilik edərək Nabucco kolleksiyasında Cello Turbiyon modelini təqdim edib.
“Dəqiqlik ilham mənbəyimdir” devizi altında brend bir çox məşhur sənət və musiqi tədbirlərinə sponsorluq edir. VMF Şirkəti RAYMOND WEIL brendinin 2001-ci ildən Azərbaycanda eksklüziv rəsmi təmsilçisidir. Brend Bakı şəhəri ilə
yanaşı Azərbaycanın regionlarında Şəki, Gəncə, Şəmkir kimi böyük şəhərlərdə də öz sevərlərinə indi daha yaxındır. VMF Şirkəti gələcəkdə bu brendi Azərbaycanın digər regionlarında da təmsil etməyi planlaşdırır.
mənbə :
anspress