18:45 xeber – Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova gizlicə ailə qurub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə müğənni özü yerli kanalların birində məlumat verib. O, 1 ay bundan əvvəl ana olduğunu da bildirib.
Gənc müğənni oğul övladı dünyaya gətirdiyini və ona atası Rafael Dadaşovun adını qoyduğunu söyləyib:
“Allah hamıya övlad payı qismət etsin. Oğlum bir aylıqdır. İnsan gərək hər bir sözdən nəticə götürsün. Mən də məsləhətlərdən nəticə götürüb, ailənin vacib olduğunu başa düşdüm. Övladımla reklam olunmağı istəmirdim. Ona görə də gizlədirdim. Övladım bətnimdə olarkən mənə dəstək duranlar çox idi. Dostlarıma təşəkkür edirəm. Uşaq məni çox dəyişdirdi. Hara gedirəmsə, evə, oğlumun yanına tələsirəm”, – deyə Səidə Dadaşova qeyd edib.
Səidə Dadaşova, yoldaşı və aparıcı Zaur
Bu Səidə Dadaşovanın ikinci ailə həyatıdır. O, bundan əvvəl Türkiyə vətəndaşı Səlçuk Gökgözlə sosial şəbəkə vasitəsi ilə tanış olduqdan sonra ailə qurub. S. Dadaşovadan öncə 3 dəfə ailə quran Səlçuk canlı efirlərin birində Səidənin ona xəyanət etdiyini və bu səbəbdən boşandıqlarını söyləyib. Səidə isə cavab olaraq, həyat yoldaşının da ona xəyanət etdiyini bildirib.
Səidə Dadaşova və müğənninin keçmiş həyat yoldaşı Səlçuk Gökgöz
mənbə :
anspress