İçeriğe geçmek için "Enter"a basın

SOCAR: “Əlavə qaz həcmlərinə ehtiyac yaranacaq”

05-11-2015


05.11.2015 / 11:11 xeber –

 

 

SOCAR Rusiyanın "Qazprom" şirkəti ilə qazın alqı-satqısı üzrə "svop" müqavilənin imzalanması üçün danışıqlar aparır.

 

"APA-Economics"in məlumatına görə, bunu adının çəkilməsini istəməyən SOCAR rəsmisi bildirib.

 

"Azərbaycanın kifayət qədər qazı var, lakin əlavə qaz həcmlərinə ehtiyac yaranacaq. Son zamanlar "Qazprom" spot-ticarətə (nağd alış-veriş) keçib. Buna baxmayaraq, gələcəkdə bu əməkdaşlıq hər iki tərəfi qane edən məqbul qiymət təkliflərindən asılıdır", – deyə şirkət rəsmisi bildirib. 

mənbə :
lent.az

SOCAR: “Əlave qaz hecmlerine ehtiyac yaranacaq”