İçeriğe geçmek için "Enter"a basın

Tbilisidən Azərbaycan sərhədindək avtomobil yolunda hərəkət sürətinə nəzarət gücləndirilib

08-06-2020

[r32]

8 İyun, 2020  15:54 xeber – Gürcüstanda yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün Tbilisi, Kvemo Kartli bölgəsi və Rustavi şəhərində avtomobillərin sürətinə nəzarətin həyata keçiriləcəyi 6 yeni bölmə istifadəyə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Bölmələrdən dördü Tbilisi-Qırmızı körpü avtomobil yolunun üzərində yaradılıb. Yolun bir hissəsində icazə verilən sürət həddi saatda 40, digər hissəsində isə 70 kilometr təşkil edir.

mənbə :
Report.az

Tbilisiden Azerbaycan serhedindek avtomobil yolunda hereket suretine nezaret guclendirilib