23:30 xeber – Keçmiş Sovet İttifaqının ən büyük bayramlarından biri olan 7 noyabr böyük oktyabr bolşevik inqilabı bu gün Rusiyada Xalqların Birliyi Günü kimi qeyd edir.
Misirdə 224 insanın ölümü ilə nəticələnən təyyarə qəzası belə rusların bayram əhvalını pozmayıb.
Azadlıq.az xəbər verir ki, ans tv-nin Moskva bürosunun məlumatına görə, Moskvanın 1812-ci ildə Polşanın işğalçılardan azad edilməsi münasibətilə qeyd olunan Xalqların Birliyi Günündə bu il də ruslar dünyaya birlik mesajı verdilər.
Paytaxtın Tverskoy prospektində baş tutan nümayişdə müxtəlif siyasi partiyaları təmsil edən fərqli milli və dini inanca sahib 100 minə yaxın insan iştirak edirdi.
Küçə yürüşünə çıxanlar arasında həmvətənlərimiz də az deyildi.
Diaspor üzvü Xaliq Ələsgərov bildirib ki, bü gün Rusiya Federasiyasında birlik günüdür: “Bu birliyi biz azərbaycanlılar dəstəkləyirik və istəyirik ki, bu birlik daimi olsun. Bizim bu birliyə azərbaycanlıların ehtiyacı var”.
Bəs bugünkü Rusiyada xalqların birliyi mövcuddurmu? Son ictimai rəy sorğuları bu suala müsbət cavab verənlərin sayının 2012-ci illə müqayisədə iki dəfə artaraq 54 faizə çıxdığı, birliyin olmadığını düşünənlərin isə 35 faizə qədər azaldığı bildirildi.
“Ölkəmiz böyük olsa da, dilimiz, mədəniyyətimiz, tariximiz hamını əhatə edir. Birlik dedikdə müxtəlif milli və dini mənsubiyyəti olan insanlar arasında fərq qoymuruq. Ailələrimizdə də birlik mövcuddur. Bu çox önəmli bayramdır”, – deyə dumanın üzvü Vladimir Jirinovski vurğulayıb.
Küçə yürüşü təyyarə qəzasında həyatını itirənlərin də bir dəqiqəlik sükütla yad edildiyi mitinq-konsert proqramıyla davam etdi.
mənbə :
anspress