04.11.2015 / 19:50 xeber –
“ Fransadakı oyunda “Qarabağ”ın orta sahəsinin güclü olduğunu gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Monako”nun baş məşqçisi Leonardo Yardim deyib.
Avropa Liqasının qrup mərhələsində iştirak edən Fransa təmsilçisi sabah növbəti tur çərçivəsində “Qarabağ”ın qonağı olacaq. Oyunöncəsi mətbuat konfransında jurnalistlərin önünə çıxan Yardim fikrini bu sözlərlə davam etdirib: “Fransada necə oynamışdıqsa, sabah da o cür çıxış etməyə çalışacağıq. Fikrimiz qələbə qazanmaqdı”.
– Pul qoyuluşu etsəniz, sabah hansı komandanın qələbəsinə pul yatırarsınız?
– Hər iki komandanın qələbəsinə pul qoymaq olar. Amma oyunda bunu bilmək olmur.
– “Qarabağ”a məğlub olmaqdan ehtiyatlanırsınız?
– “Qarabağ” güclü komandadı. Sabah öz ölkəsində oyun keçirəcək. Bu, bizə çətinlik yaradacaq. Amma biz qrupdan çıxmaq istəyirik. Rəqib güclü olsa da, sabah qalib gəlib vəziyyətimizi daha da yaxşılaşdırmaq istəyirik. Sonda qeyd etmək istəyirəm ki, Monako da, Bakıda çox gözəl şəhərlərdi. Fərqləndirməyə ehtiyac yoxdu.
mənbə :
lent.az