04.11.2015 / 12:55 xeber –
Gəncədə törədilmiş oğurluğun üstü açılıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elçin Xudaverdiyevə məxsus gözəllik salonundan pəncərədən girmək yolu ilə 300 manat oğurlanıb. Hadisəni törətmiş Gəncəsakini, əvvəllər məhkum olunmuş Ərəstun Məmmədov tutulub.
mənbə :
lent.az