15:04 xeber – Bakı- Ucar- Qazax maqistral yolunun Goranboy rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
Goranboy Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə hadisə rayonun Goran ərazisindən keçən hissəsində qeydə alınıb.
Paytaxt sakini Sunay Əhmədov idarə etdiyi 90- EA- 063 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobildə qəfildən idarəetməni itirib və avtomobili yolun kənarınıdakı çökəkliyə aşırıb. Qəza zamanı sürücü və avtomobildə olan sərnişin- Bakının Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi, ev 31 ünvanında yaşayan Fuad Hacıbaba oğlu Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, sürücünün xəsarətləri yüngül olduğu üçün ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Fuad Məhərrəmov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu Goranboy rayonunda son sutka ərzində baş verən ikinci yol qəzasıdır. Səhər saatlarında da bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Rayonun Qaradağlı kəndi ərazisində qeydə alınan hadisə zamanı Gəncə şəhər Gülüstan qəsəbəsi 11/5 ünvanında yaşayan Saday Sədir oğlu Quliyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanmış “Qazel” markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Hadisə nəticəsində sürücü və atvomobildə olan sərşinlər- sürücünün həyat yoldaşı 1960-cı il təvəllüdlü Həvayət Məmməd qızı Quliyevə və oğlu 1990-cı il təvəllüdlü Nəzir Saday oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
mənbə :
anspress