İçeriğe geçmek için "Enter"a basın

2 azyaşlının anası canına qıydı

03-11-2015

14:48 xeber – Ağdamda intihar hadisəsi qeydə alınıb. 22 yaşlı qadın özünü asıb.

Ağdam Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Bərdə rayonunda anadan olmuş, rayonun məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü Günay Abbasəli qızı Məhərrəmova özünü yaşadığı evin həyətindəki tövlədən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq bu haqda hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

İntihar edən qadının iki azyaşlı övladı var.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sentyabr ayının 5-də də Gəncədə intihar hadisəsi baş verib. Şəhərin Gülüstan qəsəbə sakini 1975-ci il təvəllüdlü Cəmilə Əhməd qızı Əkbərova yaşadığı evdə özünü asıb.

Özünü öldürən 40 yaşlı qadının 3 azyaşlı övladı olub.

mənbə :
anspress

2 azyaşlının anası canına qıydı