İçeriğe geçmek için "Enter"a basın

Səfir: "Qəzaya uğrayan təyyarədə azərbaycanlı yoxdur"

31-10-2015


31.10.2015 / 15:10 xeber –

“Misirdə qəzaya uğrayan Rusiya təyyarəsində Azərbaycanın Misirdəki səfirliyində konsulluq qeydiyyatında olan azərbaycanlı yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.

 

Səfir bildirib ki, sərnişinlərin kimliyi ilə bağlı təfərrüatları araşdırılır”.

 

Xatırladaq ki, Rusiya mətbuatının dərc etdiyi siyahıda da təyyarədə olan şəxslər arasında azərbaycanlı soyadlı şəxs yoxdur.

 

Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhərinə uçurmuş.

 

Təyyarədə  217 sərnişin və 7 heyət üzvü olub.

mənbə :
lent.az

Sefir: "Qezaya uğrayan teyyarede azerbaycanlı yoxdur"