14:30 xeber – Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri baş verib.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, Vergilər naziri Fazil Məmmədovun əmri ilə dəyişikliklər Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyini əhatə edib.
Belə ki, Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədov vəzifəsindən azad edilərək Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi təyin edilib.
Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov isə Bakı Vergilər Departamentinin rəisi təyin edilib.
Vergilər nazirinin müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini təyin edilib.
Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev isə Bakı Vergilər Departamenti rəisinin müavini təyin olunub.
Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini Raqif Qurbanov Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçirilib.
Fazil Məmmədov-Vergilər naziri
Bir müddət əvvəl isə Vergilər Nazirliyinin kollegiya iclasında sadələşdirilmiş vergi ödəyicilərində vergi yoxlamaları müvəqqəti dayandırılması haqqında qərar verilib. Vergilər naziri Fazil Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib.
Eləcə də kiçik və orta biznesin fəaliyyətinə müdaxilələrin minimuma endirilməsi və yaxın gələcəkdə tamamilə aradan qaldırılması tapşırılıb. Bildirilib ki, bütün yoxlamalar yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmalıdır, sahibkarlara qarşı əsassız tələblərin irəli sürülməsi isə yolverilməzdir.
Oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev dövlət qurumlarının sahibkarlıq subyektlərində apardığı yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəldiyini bildirmişdi: “Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir”.
Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclası
mənbə :
anspress