13:36 xeber – Türkiyə Super Liqasının 10-cu turu çərçivəsində “Beşiktaş” klubu öz meydanında “Kasımpaşa” klubunu qəbul edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, matç “Atatürk Olimpiya” stadionunda keçirilib.
Oyuna gəlincə, matçda hesab artıq 24-cü dəqiqədə açılıb. Eren Derdiyok Tunay Torunun ötürməsini qola çivirib. Ancaq meydan sahiblərinin cavabı özünü çox gözlətməyib. 27-ci dəqiqədə Luis Rodolfo vurduğu qolla oyunda status kvonu bərpa edib.
Buraxılmış qoldan sonra hücumlarının kəsərini artıran “Kasımpaşa” futbolçuları istəklərinə oyunun 40-cı dəqiqəsində çatıblar. Rayan Donk cərimə meydançası kənarından baxımlı qola imza ataraq komandasını hesabda önə keçirib. Digər qollara gəlincə, 52-ci dəqiqə Mario Qomes ( Xose Sosa asist.), 67-ci dəqiqə Eren Derdiyok ( Andre Kaştru asist.), 90-cı dəqiqə Oquzxan Ozyakul (penalti).
“Beşiktaş” – “Kasımpaşa” oyunu
Ötən tur “qara qartallar” səfərdə “Antalyaspor”la qarşılaşıb. Oyun “Beşiktaş”ın “Antalyaspor” üzərində 5:1 hesablı qələbəsi ilə nəticələnib. “Kasımpaşa” isə ötən tur öz meydanında “Bursaspor”u qəbul edib. Həmin oyun “Kasımpaşa”nın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.
Türkiyə Super Liqasının turnir cədvəli
mənbə :
anspress