İçeriğe geçmek için "Enter"a basın

Gəncədə 2 000-dən çox vətəndaşın giriş-çıxışına icazə verilməyib

30-03-2020

[r32]

30 Mart, 2020  13:29 xeber – Gəncə şəhərində giriş-çıxış postlarında xidmət davam etdirilir.

Bu barədə “Report”un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

Bu baxımdan Gəncəyə digər şəhər və rayonlardan gələn vətəndaşlara məhdudiyyətlər yaranıb. Belə ki, xüsusi karantin rejimi dövründə qurulan polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydasına əsasən Gəncə şəhərinə yalnız operativ nəqliyyat vasitələri, “Azərpoçt” MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, təcili tibbi zərurətlə əlaqədar şəhərə gələn şəxslər və onlar ilə gələn ailə üzvləri (2 nəfərdən çox olmamaqla), Gəncədə yaşayan yaxın qohumu ölmüş şəxslər və qaydada göstərilən digər tələblərə cavab verən şəxslər istisna olmaqla vətəndaşların şəhərə girişi məhdudlaşdırılıb. Array

mənbə :
Report.az

Gencede 2 000-den cox vetendasin giris-cixisina icaze verilmeyib