İçeriğe geçmek için "Enter"a basın

Rövşən Lənkəranskinin düşməni geri qayıtdı - FOTO

31-10-2015

01:52 xeber – Rus mafiyasının liderlərindən biri Laşa Rustavski ləqəbli “qanuni oğru” Laşa Şuşanaşvili Yunanıstandan Rusiyaya qayıdıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, faktiki olaraq məhz onun üzündən son zamanlar “kriminal müharibə”lərdən ən böyüyü alışıb. Bu müharibədə isə “bütün bosların bossu” Aslan Usoyan (Ded Xasan) qurban oldu.

Laşa Şuşanşvilinin hazırda Moskvada olduğu barədə hüquq-mühafizə orqanlarında olan bir neçə mənbə xəbər verib. Onların dediklərinə görə, Laşa paytaxtda olmasını elə də nümayiş eletdirmir. Ancaq o artıq “kriminal sexin” başqa nümayəndələriylə görüşlər zamanı görünüb. Gözlənilir ki, yaxın vaxtlarda o “Qolden Pelas” mərkəzinə baş çəkəcək. Bura onun çox yaxın münasibətlərdə olduğu “bütün bosların bossu” mafiyasının indiki başçısı “Şakro Molodoy” ləqəbli Zaxariya Kalaşovun iqamətgahı sayılır.


Laşa Şuşanaşvili

2008-ci il Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti Şuşanaşvilinin Rusiya ərazisində olmasını beş il müddətinə qadağan etmişdi. Şuşanaşvili Rusiyadan Yunanıstana yollanmışdı və orada məskən salmışdı. 2012-ci ildə onu orada uzun müddətlik həbs etmişdilər. Laşa 2015-ci il yayda azadlığa çıxıb və indi Moskvaya qayıdıb.


Rövşən Caniyev

Bir müddət əvvəl məşhur avtoritet, “Ded Xasan”ın ölümündə əsas şübhəlilərdən hesab edilən Rövşən Lənkəranskiyə qarşı sui-qəsd planı hazırlandığı barədə xəbərlər yayılmışdı. Rövşən Lənkəranski kimi tanınan “oğru” Rövşən Caniyevlə bahəm, onun ən yaxın dostlarından biri, “Donqar” ləqəbli Əhməd Yevloyevi öldürmək istəyiblər. Bu sui-qəsdin arxasında “Ded Xasan”nın intiqamını almaq istəyən şəxslərin durduqları iddia olunur.

Belə ki, “Ded Xasan” kimi tanınan kürd Aslan Usoyan Moskvada qətlə yetiriləndən sonra onun ölümündə şübhəli bilinən şəxslərə qarşı əməlli “ov” başlanmışdı. “Ded Xasan”ının qisasını alanlara başçılıq edən şəxsin isə hazırda Moskvada olan “Laşa Rustavski” ləqəbli Laşa Şuşanaşvili olduğu deyilir. O, “Ded Xasan”ın varisi sayılan “Şakro Molodoy” ləqəbli Şakro Kalaşovla çox yaxın dostdur. “Ded Xasan”ın adamlarının “Rövşən Lənkəranski” ilə bağlı məsələyə tam aydınlıq gətirmək üçün məhz Laşa Şuşanaşvilinin son “söz”ünü gözlədikləri iddia olunur.


Kriminal Moskva xəritədə

mənbə :
anspress

Rövşen Lenkeranskinin düşmeni geri qayıtdı – FOTO