21:48 xeber – Rusiyada dəhşətli hadisə baş verib. “Pitbull” cinsindən olan itlər azyaşlı uşağı parçalayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in Rusiya Kütləvi İnformasiya Vasitələrinə (KİV) istinadən vediyi xəbərə görə, hadisə Stavropol əyalətində qeydə alınıb. Bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrın 23-də Stavropolun Petrovsk rayonunun Orexovka kəndində qadın 2 yaşlı oğlunun yatmasından istifadə edərək böyük qızını məktəbdən gətirmək üçün evdən çıxıb. Ananın evdə olmadığı vəxt yuxudan oyanan uşaq küçəyə çıxıb və vəhşi itlərin hücumuna məruz qalıb. Evə dönən ana övladının cansız cəsədini görüb. Körpənin boyun və qarın hissələrində çoxsaylı diş izləri aşkarlanıb.
İdarədən qeyd ediblər ki, araşdırma nəticəsində prosessual qərar qəbul ediləcək.
Rusiyanın Xantı-Mansiysk əyalətində də oxşar hadisə iyulun 26-da baş vermişdi. Qonşu itlərin ağızlıqlarını taxmadan onları küçəyə buraxması nəticəsində həmin heyvanlar uşağa hücum etmişdilər. Həmin vaxt azyaşlı aldığı xəsarətləri ağırlığından hadisə yerində dünyasını dəyişmişdi. Hadisə baş verən vaxt uşağın atası qonşu ilə söhbət etdiyi üçün hadisədən xəbərdar olmamışdı.
mənbə :
anspress