İçeriğe geçmek için "Enter"a basın

Valyuta dəyişən şəxsin ölümü ilə bağlı cinayət işi açılıb

27-10-2015


27.10.2015 / 17:08 xeber –

Bu il oktyabrın 17-də itkin düşən və meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılan Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun ölümü ilə bağlı cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb və istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən APA-ya bildiirlib ki, V.İsmayılovun meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Onun meyiti oktyabrın 22-də tapılıb və məlum olub ki, V.İsmayılov 6 gün əvvəl ölüb.

 

Onu da qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb. Bundan öncə isə həmin ərazidə xarici valyutanın alqı-satqısı ilə məşğul olan iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 14 ünvanında qeydiyyatda olan 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun isə 2015-ci il mayın 27-də itkin düşüb.

 

mənbə :
lent.az

Valyuta deyişen şexsin ölümü ile bağlı cinayet işi açılıb