[r32]
28 Fevral, 2020 20:55 xeber – Avstriyanın Zaltsburq şəhərində Karate1 Premyer Liqa turnirinə start verilib.
“Report” xəbər verir ki, mövsümün 3-cü mərhələsində Azərbaycanın 14 idmançısı mübarizə aparır.
Yarışın ilk günü kumite çıxışlarında kişi idmançılardan Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), qadınlardan isə Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizəyə qoşulub.
67 kq-da yarışan Rafiz Həsənov adını fnala yazdırıb. İlk görüşündə uduzan Həsənov daha sonra ardıcıl olaraq Devid Nhuyen (Belarus), Tomas Keserer (Avstriya) və Burak Uyqura (Türkiyə) qalib gələrək, həlledici mərhələyə yüksəlib. Onun qızıl medal uğrundakı rəqibi italiyalı Luka Mareska olacaq. Final qarşılaşması martın 1-də keçiriləcək.

mənbə :
Report.az
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib